VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Ordusu bu gecə Suriyada PKK terrorçularını bombardman edib.

BAKU.WS-in məlumatına görə, Türk ordusunun helikopterləri gecə saatlarında Afrində qəfildən terrorçuların əvvəlcədən müəyyən edilmiş gizli mövqelərini atəşə tutub.

Qırıcılar isə terrorçuların Mabetli və Şeran bölgəsindəki mövqelərini darmadağın edib.

Ötən gün isə “Bordo Bereliler” ABŞ hərbçiləri tərəfindən peyklə birbaşa bağlantısı olan ən müasir avadanlıqlarla nəzarət edilən Meydanki bölgəsinə sızaraq gizli mövqeləri aşkarlayıb.

Daha sonra “Bordo Bereliler” geri qayıdaraq həmin mövqelərin kordinatlarını Qərargaha ötürüb. Türkiyə ordusu top atışları və qırıcıları həmin gizli mövqeləri darmadağın edib.

Bununla da "Zeytun budağı" əməliyyatında öldürülən terrorçuların sayı 1931 nəfərə çatıb.

BAKU.WS