VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın NTV telekanalında yayımlanan “Görüş yeri” (“Место встречи”) proqramının aparıcısı Andrey Norkin canlı efirdə verilişin qonağı, ukraynalı ekspert Dmitri Suvorovla əlbəyaxa olub.

BAKU.WS-in məlumatına görə, Ukraynanın Donbas vilayətindəki vəziyyətlərin müzakirəsi zamanı studiyada vəziyyət o qədər gərginləşib ki, aparıcı qonağa yaxınlaşmalı və onu sakitləşdirmək üçün əlindən tutmalı olub.

Lakin bundan sonra vəziyyət daha da pisləşib və dava başlayıb.

İnsidentdən sorna Suvorovu studiyadan kənarlaşdırıblar.

Norkinin həmkarı – Olqa Belova onu dəstəkləyərək, “qonağın özünü kobud apardığını, prinsipsiz mövqe sərgilədiyini” deyib.

İman
BAKU.WS