SİZİN REKLAM BURADA!
055 213 76 73



Yolun kənarından sapla bağlanmış qıfıl və açar tapdılar.

"Xəzər Xəbər"ə müraciət edən həmin şəxs bu əşyaları tapdıqdan sonra qıfıl və açarın üzərində olan sapı yandıraraq gölməçəyə atıblar. Onlar bunun cadu olduğunu idda edirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu dəfə cadu üçün başqa bir üsul seçdilər. Çadu edilmiş qıfıl və açarı ənənəvi olaraq qəbiristanlığa yox, yolun kənarına atdılar.

Sabirabad rayon sakinləri Elçin Əşrəfov və Əliəşrəf Şıxıyev Binəqədi rayonu ''Desqa'' yolu adlanan ərazidən keçən zaman yolun kənarıda sellofanın içərisində sapla bağlanmış, üzərində isə maşın açarı olan qıfıl görüblər. Onlar iddia edirlər ki, kimsə bu üsulla cadu elətdirib.

Bundan sonra hər iki şəxs sellofandakı qıfıl və açarı götürərək üzərində olan sapı açıblar.

Onların sözlərinə görə, bir neçə dəfədir ki, həmin ərazidə belə bir halla qarşılaşırlar. Elə buna görə də cadu edilən bu əşyaları yaxınlıqda olan gölməçənin içərisinə atıblar.

Hadisə şahidlərinin sözlərinə görə, sellofanın içərisində şakil olmayıb.

İlahiyyatçılar isə caduya inanan və maraq göstərən vətəndaşlara tövsiyə edirlər ki, belə xurafatdan uzaq dursunlar. Bununla yanaşı, belə bir halla qarşılaşdıqda isə həmin cadunu məlumatı olan şəxsin yanına aparmalı və həmin cadu xüsusi dualar oxunduqdan sonra yandırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS