SİZİN REKLAM BURADA!
055 213 76 73



Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində bu axşam olduğca maraqlı mövzuya toxunulacaq.

Son zamanlar bağça və məktəblilərin piyada keçidindən keçən zaman bədbəxt hadisənin qurbanına çevrilməsi yaradıcı heyyətin diqqətindən qaçmayıb.

Aparıcı bu dəfə bağçaların və məktəblərin önünə yollanıb. Anonslardan da gördüyünüz kimi keçidin yanında əksər sürücülər əyləcə toxunmur. Əksinə sürəti artırır.

Azərbaycanda süni maneələr qanunla quraşdırla bilərmi? Kim etməlidir? Hara müraciət olunmalıdır? Bu və digər sualların cavabı bu axşam Space Tv-də 19:55 də Amil Xəlilin təqdimatında "Olar? Olmaz!" verilişində izləyə bilərsiz.

BAKU.WS