SİZİN REKLAM BURADA!
055 213 76 73



DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını maarifləndirmək üçün iki sosial çarx hazırlayıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təbliğat xarakterli həmin videolar sürücüləri və piyadaları maarifləndirmək üçün çəkilib. Videoların birində tələskənlik edərək yolu necə gəldi keçən gənclər əks olunub. Yol polisi bu video ilə piyadaların diqqətini yollarda hərəkət zamanı ayıq-sayıq olmağa və tələsməməyə yönəldir. Çünki tələsmək xəyallarla yanaşı, həyata da son qoya bilər.

Digər videoda isə mal-qara sahiblərinin yollarda hərəkəti əks olunur. Son vaxtlar mal-qara sahiblərinin heyvanları yoldan necə gəldi keçirməsi, nəzarətsiz buraxması yol qəzalarına səbəb olur. DYP bu animasıya ilə mal-qara sahiblərinin yollarda davranış qaydalarını və məsuliyyətini diqqətə çatdırır.

Hər iki videonun televiziya və radio kanallarında, eləcə də digər kütləvi informasiya vasitələrində mütəmadi yayılması nəzərdə tutulur.

Tuncay
BAKU.WS