VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtın Ziya Bünyadov prospektində yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə yeni tunel inşa edilir. Tunel Ziya Bünyadov prospekti ilə hava limanı yolunu birləşdirəcək. Bununlada sürücülər Koroğlu metrosunun qarşısından keçmədən üzü hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bununla da Ziya Bünyadov prospektindən gələrək hava limanı istiqamətinə getmək istəyən sürücülər Koroğlu metro stansiyasının qarşısından keçməyə məcbur olmayacaqlar. Yeni tunelin inşasına 3 gündür başlanılıb və işlər yekunlaşdıqda tunel 2 zolaqdan ibarət olacaq.

Tunelin inşasının nə zaman başa çatacağı dəqiq məlum deyil. Ümumilikdə prosesin 6-7 ay davam edəcəyi proqnozlaşdırılır.

Tunelin inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifaşi ilə həyata keçirilir.

BAKU.WS