055 213 76 73
Sosial şəbəkələrdə erməni və azərbaycanlı qızların “Mi gna” (“Getmə”) adlı məşhur kompozisiyanı birlikdə oxuduqları video yayımlanıb. Virtualaz.org xəbər verir ki, videoda Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birlikdə oxuyur. Videonu “İnstagram”da öz qrupunda erməni qruplarından biri paylaşıb.
Videoya şərhlərdə erməni istifadəçilər yazırlar: “Afərin!”, “Əhsən! Qoy yeni nəsil düşmənlik və qisas hisslərindən uzaq böyüsün”, “Pis millətlər yoxdur, pis adamlar var!”, “İranda ermənilərlə azərbaycanlılar yaxşı dostluq edir”, “Rusiyada bu mümkündür” və s.