SİZİN REKLAM BURADA!
055 213 76 73



“BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev ötən gün “Əhmədli” metrostansiyasının qarşısında yaranan nəqliyyat sıxlığının yaratdığı mənzərə ilə bağlı video paylaşıb. 

BAKU.WS-in məlumatına görə, videoda da göründüyü kimi “BakuBus” avtobusunun sürücüsü tıxacdan çıxmağa çalışıb. O, bu barədə məlumat yayıb. 

"Avtobus yerüstü nəqliyyat vasitəsidir və hərəkəti məhdudlaşdıran bütün hallar avtobusların intervalına təsir göstərir.

Gün ərzində, xüsusən səhər və axşam pik saatlarında "BakuBus" avtobuslarının intervallarında baş verən ləngimələrlə bağlı şirkətin "Qaynar xətt"inə sərnişinlərimiz tərəfindən haqlı olaraq müxtəlif müraciətlər daxil olur. Şikayətlər araşdırılarkən demək olar ki, hər bir halda avtobusun hərəkət trayektoriyasındakı mövcud vəziyyətin intervallarda ləngimələrə və avtobusların dəqiqələrcə qapıları bağlı halda yolun ortasında dayanmasına səbəb olduğu aşkar olunur.

Xüsusilə dayanacaqlarda, metro stansiyalarının girişi və çıxışında taksi sürücülərinin yaratdığı maneələr arzuolunmaz vəziyyət yaradır. Şəkildən də aydın görünür ki, Yolun hərəkət istiqamətində kortəbi şəkildə avtomobillərini park edən taksi sürücüləri BakuBus avtobusunun hərəkətini, dayanacaqdan çıxmasını konkret olaraq dayandırır. Hər gün onlarca və yüzlərcə dəfə baş verən bu kimi hallar təbbi ki, avtobuslarımızın əvvəlcədən təyin olunmuş qrafik üzrə hərəkətinə maneə yaradır və intervallarda ləngimələrə, bəzən də günün müxtəlif saatlarında sərnişin sıxlığının yaranmasına səbəb olur. İstənilən halda bütün yol hərəkəti iştirakçıları nəzərə almalıdır ki, avtobus yerüstü nəqliyyat vasitəsidir və hərəkəti məhdudlaşdıran bütün hallar avtobusların intervalına təsir göstərir". 

Tuncay
BAKU.WS