VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Avtomobilin dövlət nömrə nişanında olan defis simvoluna görə cərimələnən sürücülərin sayı gündən-günə çoxalır. Bu barədə bakı şəhər dövlət yol polis idarəsininin bölmə rəisi Vaqif Əsədov deyib. Bölmə rəisi sürücülərə bununla bağlı bir daha xəbərdarlıq edib.

13 günə 100-dən çox sürücü cərimə edilib.

Söhbət avtomobilinin nömrə nişanı standartlara cavab verməyən sürücülərdən gedir. Bu barədə ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

Nömrədə silinən defis simvolu ilə bağlı, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hələ oktyabrın 12-də xəbərdarlıq etmişdi. Bir ay da vaxt verilmişdi ki, avtomobilin dövlət nömrə nişanında olan çatışmazlığı aradan qaldırsınlar. Amma statistika onu göstərir ki, hələ də buna məhəl qoymayan sürücülər var.

Qeyd edək ki, nömrəyə görə ölkə üzrə tərtib edilən 133 cərimənin böyük əksəriyyəti Bakıda yol polisi tərəfindən yazılıb. Amma bu istiqamətdə respublikanın magistral yollarında olan stasionar postlarda da yol polisi belə sürücüşərə qarşı nəzarəti gücləndirib. Yol polisi bir daha sürücülərə xəbərdarlıq edir ki, avtomobillərinin nömrəsində olan çatışmazlığı aradan qaldırsınlar.

Son günlər sürücülər arasında belə bir xəbər də yayılıb ki, üzərində çip olmayan, eyni zamanda, bayrağı dalğalı vəziyyətdə olan nömrələri dəyişdirməyən sürücülər də cərimə ediləcək. Buna görə də sürücülər arasında kütləvi şəkildə avtomobillərin nömrəsinin dəyişdirilməsi aparılıb. Lakin Bölmə risi Vaqif Əsədov bildirdi ki, çipi olmayan və ya bayrağı dalğalı olan nömrəyə görə kiminsə cərimə ediləcəyi barədə heç bir göstəriş verilməyib.
Qeyd edək ki, noyabr ayının 13-dən etibarən avtomobilinin nömrəsində olan çatışmazlığı, yəni defis simvolunu bərpa etdirməyən sürücülər 50 manat məbləğində cərimə edilirlər.

BAKU.WS