VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda iri qabaritli yük maşını saatda 100 kilometrdən yüksək sürətlə hərəkət edib.

Görüntü paytaxtın əsas küçələrindən biri olan Babək prospektində lentə alınıb. Sol zolaqda hərəkətin iri qabaritli yük maşınları üçün qadağan olunmasına baxmayaraq, sürücü bütün yolu bu zolaqda hərəkət edib.

Üstəlik, şəhəriçi sürət məhdudiyyətinə də məhəl qoymadan yoluna davam edən yük avtomobilinin bort platformasından yola daş-çınqıl tökülür.

Ümumiyyətlə, son zamanlar sosial şəbəkələrdə yük avtomobillərinin qayda pozmaları videolarına çox rast gəlinir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yük avtomobilləri yollarda qaydalara uyğun hərəkət etmədikdə digər nəqliyyat vasitələrindən rahatlıqla seçilir və elektron qaydada sənədləşdirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin bölmə rəisi Vaqif Əsədov sosial şəbəkələrdə yayılan həmin görüntüyə aydınlıq gətirib.

Bu cür qayda pozuntusuna görə sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə aşılan sürət həddindən asılı olaraq cərimələnir.(Xezerxeber.az)

BAKU.WS