VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Metropolitenində gələcəkdə yeniliklər gözlənilir.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda mövcud stansiyaların yenilənməsi və yeni avadanlıqlarla təchiz edilməsi planlaşdırılır:

"Eyni zamanda vaqon parkının yenilənməsi və yeni xətlərdə qatarların hərəkətinin təşkili üçün Rusiyanın "Metrovaqonmaş" ASC ilə müqavilələr bağlanacaq və yeni nəsil vaqonlar alınacaq. Artıq ötən il həmin zavoddan 15 vaqon alınaraq istismara verilib. Həmin vaqonlar həm havalandırma, həm də kondisioner sistemləri ilə təchiz olunub. Yeni nəsil 765 seriyalı vaqonlar əvvəlki vaqonlardan da rahat olacaq".

BAKU.WS