SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda xəstə kişini qeyri-ənənəvi yolla müalicə ediblər. 

BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə yayılan videoda bir kişinin türkəçarə yolu ilə xəstəliyinə əlac tapmağa cəhd göstərilib. 

Qədim dövrlərdə, tibbin və dərmanpreparatlarının inkişaf etmədiyi vaxtlarda istifadə olunan üsulla xəstəliyi olan kişinin onurğaarasındakı fəqərnin diskini müalicə edirlər.

Videodan göründüyü kimi xəstəni bir neçə nəfər çətinliklə saxlayır. Tibbi savadı olmadığı güman edilən bir şəxs isə onu müalicə edir.

Maraqlısı ondadır ki, tibbin yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə hələ də bu cür geriqalmış üsullardan istifadə edənlər az deyil. Bu cür xəstəliklərin çox sadə və yüksək səviyyədə müalicəsi mümkündür.

Nazim
BAKU.WS