SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün "28 May" metrostansiyasında sərnişinlər arasında narahatlıq yaşanıb. Buna səbəb metro xəttində yaranan texniki problem olub. 

BAKU.WS-in məlumatına görə, "28 May" stansiyasındakı tabloda qatarın “Dərnəgül” xətti ilə gedəcəyi əksini tapıb. Daha sonra maşinist qatarın “Sahil” stansiyasına gedəcəyini elan edib. "Dərnəgül" xəttini gözləyən sərnişinlər qatardan platformaya düşüblər. Ancaq bundan sonra da qatar yerindən tərpənməyib. Qatarın hansı xəttə gedəcəyi təqribən 2 dəqiqə müddətində məlum olmayıb. Sonda məsələyə müdaxilə edən polis işçisi stansiya növbətçisinə müraciət edərək qatarın hansı xəttlə hərəkət edəcəyini soruşub. Bir qədər də fasilədən növbətçi qatarın “Dərnəgül” xətti ilə gedəcəyini elan edib.

Kiçik fasilədən sonra stansiyada kifayət qədər sərnişin sıxlığı yaranıb. 

Tuncay
BAKU.WS