SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının işğaldan azad olunmasının 99 illiyi şərəfinə bu gün Gəncədə atlı yürüyüş təşkil edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Facebook-da “Gəncədə Cavad xana heykəl ucaldaq” səhifəsi məlumat yayıb. Məlumatda deyilir ki, 99 il əvvəl Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Gəncədən hərəkət edərək ağır döyüşlərdən sonra Bakını işğaldan azad etdi “Allah Qafqaz İslam Ordusu sıralarında vətənimizin bütövlüyü uğrunda canından, qanından keçmiş bütün şanlı babalarımıza rəhmət eləsin!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, - məlumatda qeyd edilir.

BAKU.WS