SİZİN REKLAM BURADA!
055 213 76 73




Dünən axşam saatlarından uşaq sığınacağına metrodan tapılan bir uşaq gətirilib.

10 yaşlı İlkin evdə döyüldüyünü iddia edir. Buna görə də evdən qaçıb. Lakin sığınacaq evinin rəhbərliyi hələ də onun yaşadığı yeri, ailəsini tapa bilmir.

Adının İlkin olduğunu deyən oğlan uşağı 15 sentyabr səhər saat 11 radələrində polis əməkdaşları tərəfindən Bakı metropoliteninin "20 Yanvar" stansiyasının platformasında aşkarlanıb. Uşaq elə həmin gün axşam satlarında sığınacağa yerləşdirilib. Uşaq sığınacağı reinteqrasiya mərkəzinin direktoru Kəmalə Ağazadə deyir ki, ilkin baxış keçirilərkən məlum olub ki, onda həm əqli gerilik var, həm də fiziki çatışmazlıq.

İlkinin özüylə həmsöhbət olmağa çalışdıq. Məlum oldu ki, onun evdən qaçmasına elə "valideynlər"i şərait yaradıb.
Ana bunu övladını atadan və ya atalıqdan qorumaq məqsədi ilə etməyib. Çünki onun özü də İlkini istəməyib. Hər halda 10 yaşlı uşağın dedıklərındən belə qənatə gəlmək olur.
Dəfələrlə psixoloji və fiziki zorakılığa məruz qalan İlkin yaşadıqları ünvanı dəqiqliklə söyləməkdə çətinlik çəkir. Özünün dediyinə görə ailədə tək uşaqdır.

Hazırda uşağın valideynlərinin axtarışları aparılır. 10 yaşlı İlkin isə sığınacaqdan ayrılmaq və yenidən valideynləri tərəfindən şiddətə məruz qalmaq istəmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS