Bakıda Bakı şəhər İcra Hakimiyyətinin nəznində çalışan əməkdaşlar sahibsiz itləri küçələrdə tutaraq şəhərin ətrafında xüsusi ayrılmış yerlərə aparır.

BAKU.WS-in məlumatına görə, sahibsiz itlərin tutulması üçün seçilən metod ətrafdakı insanların qəzəblənməsinə səbəb olub.


Kadrlardan göründüyü kimi böyük bir zavodun ərazisindəki sahibsiz itlər xüsusi ayrılmış ərazilərə aparılması üçün toplanır. Ancaq itlərin kobud şəkildə, xoşagəlməz halda tutularaq yığılması zavod işçilərinin etirazına səbəb olub. 

İtləri belə işgəncə verərək toplanmasının düzgün olmadığını deyən fəhlələrə İcra Hakimiyyətinin əməkdaşı belə cavab verib: "Get işinlə məğul ol. Xoşun gəlmir get hara deyirsən de".

Nazim
BAKU.WS