SİZİN REKLAM BURADA!
055 213 76 73



Köhnə binalar istismar müddətini başa vuran kimi dövlət tərəfindən təmir olunur. Bəs yeni tikilənlərin aqibəti necə olacaq? Bədbəxt hadisə baş verdikdə və ya 20 il sonra bina, istismar müddətini başa vurduqda onun taleyi necə olacaq? Mənzil İstismar Sahələri bu yükün altına girəcəkmi? Qaz, su kimi kiçik problemlər zamanı vətəndaşlardan pul toplayan MİS-lər binanı kimin hesabına təmir edəcəklər?

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, qanunvericiliyə görə yalnız köhnə binalar dövlət tərəfindən təmir olunur. Çünki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yeni tikililər sahə mülkiyətçilərinə məxsusdur.

Vətəndaşlar, onlardan vəsaitin pulların komunal pulu adı altında mənimsənildiyini idda edirlər. Ciddi xərc tələb edən problem ortaya çıxdıqda yükün yenə onların boynuna düşəcəyindən qorxurlar.

Hazırda bir çox binanı tikinti şirkətlərinin özü idarə edir. Halbuki qanuna görə onlar binanı 1 ay müddətində təhfil verməlidirlər.

İqtisadiyyat Nazirliyinin Mənzil Komunal Siyasət Şöbəsinin müdiri Nizami Qasımovun sözlərinə görə təhfil verilən binada Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qurulmalıdır. Hazırda Bakıda 55 binada bu praktikadan istifadə olunur.

Mənzil məcəlləsinə edilən dəyişikliyə görə isə yenitikililər vahid qayda ilə idarə olunacaq. Hazırda əsaslı təmir də daxil olmaqla xırda məsəllər zamanı vətəndaşlardandan toplanılmalı olan vəsaitin miqdarı dəqiqləşdirilir.

Yaradılan fonda vəsaitt köçürməklə sakinlər, gələcəklərini indidən sığortalayacaqlar.

BAKU.WS