SİZİN REKLAM BURADA!
055 213 76 73



Müqəddəs Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların satış yarmarkalarından əlavə paytaxtın Yasamal rayonunda fərdi ət-kəsim məntəqələrində qurbanlıq qoyun satış yerləri var.

BAKU.WS xəbər verir ki, hər il olduğu kimi, bu il də Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların qiyməti qalxıb.

Yasamal ərazisində apardığımız müşahidələr onu göstərdi ki, Qurbanlıq heyvanların ətinin kilosu təxminən 11-12 manat arasında dəyişir.

Satıcılar heyvanların əsasən Beyləqandan gətirildiyini deyirlər. Onların sözlərinə görə, bu il satış elə də çox deyil. 1 qoyunun qiyməti 165 manata qədər gedib çıxır. Alıcıların əksəriyyətinin qoyun almağa imkanı çatmır. Bəzi alıcılar isə qoyunu alıb, elə oradaca kəsib, camaata paylayırlar.

Tuncay
BAKU.WS