SİZİN REKLAM BURADA!
055 213 76 73



Qaraçuxur qəsəbəsində küçədə yaşadığı deyilən Lidiya Qrişinanın yaşamını işıqlandırmaq qərarına gəldik.

BAKU.WS xəbər verir ki, L.Qrişina ilə söhbətimiz zamanı məlum oldu ki, qadın nə az, nə çox düz 15 ildir, küçədə yaşayır.

1985-ci ildə çalışdığı Təkər zavodundan ona verilən mənzil 2002-ci ildə bir qaçqın ailəsi tərəfindən mənimsənilib.

Qadının dediyinə görə, əvvəl onu yatızdırıb evi əlindən alıblar, sonra isə Psixiatrik Xəstəxanaya yerləşdirilib. O həm də bütün sənədlərinin əlindən alındığını, təqaüdünü belə köhnə pasportuna əsasən aldığını iddia edir.

Tuncay
BAKU.WS