SİZİN REKLAM BURADA!
055 213 76 73




Bir aya yaxın müddət ərzində cəmi bir neçə yüz avtomobil texniki baxışdan keçib.

Söhbət yük maşını və avtobusların texniki baxışından gedir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı sürücülərə xəbərdarlıq edib. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, təyin edilmiş qrafikə uyğun, yəni avqustun 1-dən noyabrın 1-dək bütün növ yük və avtobus tipli avtomobillər Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində texniki baxışdan keçirilməlidir.

Bölmə rəisi onu da bildirib ki, 1 ay ərzində texniki başıdan keçirilən avtomobillərin sayı olduqca azdır. Belə davam edərsə vaxtın başa çatmasına az qalanda Diaqnostika Mərkəzində sıxlığın yaranmasına səbəb olacaq.

Vaqif Əsədov daşıyıcı şirkətlərə də ciddi xəbərdarlıq edib.

Qeyd edək ki, yük maşını və avtobuslar istehsal ilindən asılı olmayaraq hər il texniki baxışdan keçirilməlidir. Diaqnostika Mərkəzi bayram günləri də daxil olmaqla səhər saat 9.00-dan axşam saat 18.00-dək fasiləsiz fəaliyyət göstərir. Texniki baxışdan keçərkən avtomobilin əyləc sistemi, sükan idarəetmə mexanizmi, işıq sistemi, mühərrikin iş prinsipi, şüşəsilənlər və qanunla nəzərdə tutulmuş digər göstəricilər yoxlanılır. Texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə ediləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS