SİZİN REKLAM BURADA!
055 213 76 73



Respublika Perinatal Mərkəzində 40 günlük körpə tərk edilib.

Oxucularımızdan biri BAKU.WS-ə körpənin anasının doğuş zamanı öldüyünü bildirib.

İddiaya görə, oğlan uşağı olan körpə xəstəxanada 40 gündən çoxdur ki, qalır. Atası isə uşağını xəstəxanadan götürmür. Məsələni dəqiqləşdirmək üçün Perinatal Mərkəzə yollandıq. Xəstəxanadan BAKU.WS-ə bildiriblər ki, doğuş zamanı uşağın anası həqiqətən də ölüb. Xəstəxanadan bildirilib ki, uşağın anasına əvvəl dəfələrlə xəbərdarlıq olunub ki, ana olmaq onun həyatı üçün təhlükəlidir.

Ancaq Mərkəzdən uşağın atasının ona sahib çıxmaması iddiası ilə razılaşmadılar. Bildirildi ki, bir müddətdən sonra uşağın atası gələrək onu xəstəxanadan götürəcək. Mərkəzin Məlumat Bürosundan isə körpənin nə səbəbə görə, 40 gündən çoxdur ki, xəstəxanda qalması və onun valideynlərinin Mərkəzi müraciət etməməsi sualımıza cavab verən tapılmadı.

Tuncay
BAKU.WS