VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Masallıda qadın həmkəndlisi olan bir kişi tərəfindən döyülüb. Rayon mərkəzi xəstəxanasına aparılan zərərçəkənə burun sümüyünün sınığı diaqnozu qoyulub. O, ambulator müayinəyə evə buraxılıb.

25 yaşlı qadın qonşusu tərəfindən döyülüb. Döyülmə hadisəsi Masallı rayonunda qeydə alınıb.

Hadisə gecə saatlarında rayonun Səmidxan kəndində baş verib. Kənd sakini Könül Ağayeva yaşadığı evdən bir qədər aralıda kəndin girəcəyində qonşusu Aqşin Əliyev tərəfindən döyülüb. Könül Ağayeva deyir ki, qarşı tərəfin ona hücum etməsinin səbəbini bilmir.

Zərərçəkmiş Könül Ağayeva bacısı Sevil Əliyeva və digər kənd sakinlərinın köməyi ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanaya aparılan zərərçəkənə burun sümüyünün sınığı diaqnozu qoyularaq ambulator müayinəyə evə buraxılıb.

Faktla bağlı Masallı Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
 
BAKU.WS