VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda analoqsuz dayanacaq hamını təəccübləndirib.
 
BAKU.WS-in məlumatına görə, yol kənarına quraşdırılan dayanacağın oturacağı yer ilə bərabərdir. Sakinlərin dediklərinə görə, oturacaqların bu vəziyyətə düşməsinə səbəb yolun təmir olunmasıdır. Yəni yol əvvəllər bu qədər hündür olmayıb. Təmir olunduqdan sonra oturacaqlar toprağın altında qalıb.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, dayanacaqlara ümumi cavabdehlik hələ ki agentliyə verilməyib. Agentlik hələlik yollara dayanacaq nişanlarının quraşdırılması ilə məşğuldur. Dayanacaqların ümumi vəziyyətindən Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır.

İman
BAKU.WS