SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bakı Metropoliteni"nin alacağı yeni qatarların görüntüsü ortaya çıxıb.
 
BAKU.WS-in məlumatına görə, Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan "Transmaşholdinq" QSC-dən alınacaq yeni qatarlar Moskva metrosunda artıq istismara verilib. Azərbaycan tərəfinin alacağı yeni nəsil 81-765/766/767 seriyalı qatarlar daha müasir olacaq və bir sıra yenilikləri ilə seçiləcək.

"Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalanması nəzərdə tutulub.

Müqaviləyə əsasən, istehsalçı müəssisə Bakı metropolitenini yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz edəcək. Bu vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verir. Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar paslanmayan poladdan istehsal ediləcək. Asinxron dartı mühərriki ilə təchiz olunan qatarlarda yeni nəsil kompüter texnologiyalı idarəetmə sistemləri tətbiq edilib. Həmçinin, əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət olunacaq.
 
BAKU.WS