SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtın bir çox yerində avtobus dayanacağı olduğunu bildirən nişan və xətlər olsa da dayanacaq özü quraşdırılmayıb. Məsələn 21 saylı marşrut xəttinin başlanğıcı olan Səməd Vurğun parkının qarşısında. Kartda gedişhaqqı yükləmək üçün ən yaxın terminal da parkın digər ucundadır.

Eyni problem metronun 28 may stansiyasının qarşısında Bakı dəmiryolu vağzalının yaxınlığındakı yolda da yaşanır. Yolun bir tərəfində dayancaq olsa da digər tərəfində yoxdur. Yerə avtobusların dayancağını bildirən zolaq çəkilib. Nəticədə də 46 və 125 saylı marşurt avtobuslarını gözləyən sərnişinlər problemlə qarşılaşırlar.

Bəzi yerlərdə isə sərnişin sıxlığı olsa da dayanacağa terminal qoyulmayıb. Məsələn Nobel prospektində və 2 saylı "Asan xidmət"in qarşısında.

Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, dayancaqların quraşdırılmasını Bakı şəhər İcra Hakimiyyəti həyata keçirir. Ödəmə terminallarının quraşdırılmasına gəlincə isə, qurumun əməkdaşları adı çəkilən ünvanlara baş çəkəcək və zərurət olarsa problem aradan qaldırılacaq. Bakı şəhər icra hakimiyyətindən isə telefon zənglərimizə cavab verən olmadı. /xezerxeber.az

BAKU.WS