VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
''Kimin artıq arvadı varsa müsəlman qardaşına versin".
 
Sosial şəbəkələrdə yayılmış Mingəçevir axundunun moizəsindəki bu sözləri sosial şəbəkələrdə narazılıq doğurub. İnsanların bu fikrə sərt reaksiyası məsələni daha da böyüdüb. Axund Ələmdar Qiyasov isə "Xəzər Xəbər”ə açıqlamasında iki il əvvəl çəkilmiş moizəsində bir neçə cümləsinin təhrif olunaraq yayıldığını və bunun təxribat olduğunu deyib.

''Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin. Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil". Sosial şəbəkələrdən yayılan bu ifadələr Mingəçevirdə Heydər Məscidinin Axundu Ələmdar Qiyasova məxsusdur. Sosial şəbəkələrdə yayılan videoda birmənalı qarşılanmayan sözləri axund moizə zamanı deyib.

Vaxtı bilinməyən moizə zamanı İslam tarixində Məkkədən qovulan ilk müsəlmanların Mədinəyə sığındığı günlərdən bəhs edən, mühacirlərin mədinəlilər tərəfindən hansı fədakarlıqlarla qarşılanmasından danışan axund buna bir nümunə də çəkir. Ancaq axundun moizəsində əvvəli və sonrası kəsilmiş bir neçə cümləsi sosial şəbəkələrdən başlayaraq xəbər portallarında ciddi narazılıqlara səbəb olub.

İnsanlar Axundun çoxarvadlılığı təbliğ habelə öz arvadını başqasına verməyi tövsiyyə etdiyini iddia edərək müxtəlif tənqidlər səsləndiriblər. Axund Ələmdar Qiyasov isə "XəzərXəbər”ə açıqlamasında sözlərinin təhrif olunduğunu deyib. Axund qeyd edib ki, kiminsə belə bir sözü deməyə haqqı yoxdur. Çünki İslam dinində belə bir tələb yoxdur.

Axund onu da bildirib ki, video 2 il bundan əvvəl çəkilib. Üstündən bu qədər vaxt sonra bir hissəsinin belə yayılması təxribat məqsədi daşıyır. Məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsindən də açıqlama verilib. İdarə bəyan edib ki, hər hansı bir din xadiminin çıxışından, moizəsindən ya da xütbəsindən fikirlərinin bir hissəsinin konteksdən çıxarılmış formada verilməsi qəbul edilməzdir. Çünki belə hallarda fikir təhrif olunur ki, bu da təxribat sayılır. 
 
BAKU.WS