VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyə tarixində yeddinci referandumda səsvermə prosesi 32 rayonda yerli saatla 07:00 etibarı ilə başlayıb. 
 
BAKU.WS-in məlumatına görə, Prezident Hökumət Sisteminə keçidi nəzərdə tutan 18 maddəlik konstitusiya dəyişikliyi üçün 55 milyon 319 min 222 seçici, ölkə daxilində 167 min 140 sandıqda səs verəcək. Saat 07:00-da səsvermə prosesi başladığı rayonlarda sandıqlar saat 16:00-da, saat 08:00-da səsvermə prosesinin başladığı rayonlarda isə saat 17:00-da bağlanacaq.

Səsvermənin başladığı bölgələrdən gələn xəbərlərə görə çox sayda seçici sandıq başına gəlib. 

Seçkilərin olaysız keçməsi üçün bütün ölkədə geniş təhlükəsizlik tədbirləri görülüb.
 
Şahin Həbibov
BAKU.WS