SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşıb.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, indi yumurta 13-14 qəpiyə satılır. 

Bazarlarda ən ucuz yumurta indi 8 qəpiyə satılır. Amma onun da ölçüsü çox balacadır. Satıcılar qiymət artımının səbəbini bilmədiklərini deyir.

Respublika Quşçular Cəmiyyətindən verilən məlumata görə, yumurtanın qiyməti əslində 13-14 qəpik arasındadır. Bir müddət əvvəl bolluq olduğundan qiymətdə də ucuzlaşma olub. İndi isə yumurta yenidən öz qiymətinə qayıdıb. Yəni bu bahalaşma yox, qiymətin normallaşmasıdır.
 
BAKU.WS