VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəzər TV-də yayımlanan "Diqqətli ol" verilişində yeni sosial test sınaqdan keçirilib. 
 
BAKU.WS-in məlumatına görə, gənc oğlan "Kimsəsizlər, ehtiyacı olanlar cəmiyyətin lazımsız hissəsidir" şüarı ilə şəhərdə imza toplamağa çalışıb. 
 
Gəncin bu hərəkəti insanların kəskin reaskiyasına səbəb olub. Hətta oğlanı döymək istəyənlər də olub. Ancaq bu testin tam əksini edən gənc bu dəfə heç bir reaksiya görməyib. Belə ki, kimsəsizlərə yardım etmək üçün sakinlərə müraciət edən gəncə heç kim yaxınlaşmayıb. Yalnız bir nəfər xanım bu sosial aksiya üçün kömək edə biləcəyini bildirib. 
 
Həmin sosial testin görüntülərini təqdim edirik: 
 
Nazim Babayev
BAKU.WS