SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Fransanın Paris şəhərində "Novruz gəlir, yaz gəlir" adlı bayram konserti təşkil olunub.

BAKU.WS Melumat-Merkezi.com-a istinadən xəbər verir ki, Fransanın Paris şəhərində Novruz bayramına həsr edilən "Novruz gəlir, yaz gəlir" adlı bayram konserti təşkil olunub.
   
Fransada yaşayan Azərbaycanlılar üçün təşkil olunan konsertdə Azərbaycanın Fransada fövqaladə və səlhiyyətli səfiri Elçin Əmirbəyov Novruz bayramının qədimliyindən danışıb. Səfir vurğalıyb ki, bir çox çətin tarixi dövrlərə baxmayaraq xalqımız bu bayramın bütün ənənələrini bu günədək qoruyub saxlayıbdır.
 
Paris-Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyeva isə çıxışı zamanı Novruz ənənələrinin Azərbaycan diasporunu birləşdirən güclü dəyərlədən biri olduğunu qeyd edib.
 
Aparıcılığını Kamran Quliyevin etdiyi "Novruz gəlir, yaz gəlir" adlı bayram konserti daha sonra tanınmış müğənnilər Ayaz Qasımov İlkin Əhmədovun ifaları ilə davam edib.
 
Arzu Mirzəyeva
BAKU.WS