SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda avtobusların görüntüsü kameraya düşüb.
 
BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda avtobusların bütün yolu bağladığı görünür. 
 
Kadrlardan göründüyü kimi avtobuslar üçün yolda cib nəzərdə tutulub. Ancaq əksər avtobus sürücüləri dayanacaqda bu cür saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur.
 
Daim reydlər və maarifləndirici tədbirlər görülsə də bəzi sürücülər bundan dərs çıxarmayıb. Yollarda təhlükəli sürən və dayanacaqlarda necə gəldi saxlayan avtobus sürücülərinə qarşı ciddi tədbirlər görülməsi qaçılmazdır.
 
Nazim Babayev
BAKU.WS