VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bayramla əlaqədar demək olar ki, otellərdə bütün yerlər öncədən bron edilib. Otellərlə yanaşı fərdi evləri də 3 ay öncədən kirayə edənlər az deyil. Turizmçilərin dediyinə görə artıq əllərində olan bütün evlər də rezerv edilib. Daha çox İrandan və ərəb ölkələrindən gələn turistlər ev seçərkən mərkəzə yaxın yeni tikililərə üstünlük verirlər.

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, Novruz bayramı ilə əlaqədar ölkəyə turist axının ötən illərə nisbətən artacaq. Viza rejiminin sadələşdirilməsinin təsiri və Novruza görə ən çox turistin İrandan gələcəyi gözlənilir.

Azərbaycan turizm assosasiyasından verilən məlumta görə 3 ay əvvəlcədən artıq demək olar ki, otellərdə yerlərin hamısı rezerv edilib. Boş yer olmadığına görə fərdi evlərə üstünlük verənlər də artıb.

Burda isə vəziyyət demək olar ki, otellərlə eynidir. Turizmçilərin dediyinə görə, əllərində olan kirayə evlərin əksəriyyəti də rezerv edilib. Evlərini turistlərə kirayə verənlərin də sayı az deyil. Qiymətə gəldikdə isə evlərin yerləşdiyi məkana və otaqsayına görə dəyişir. Qiymətlər bir günlük üçün minumum 50 maksimum 150 manatdır. Lakin burda da ev verərkən bir sıra tələblər var.

Turizm şirkətləri üçün ev seçərkən diqqət etdiyi amillərdən biri də,qonşularla turistlərin aralarında problem yaranmamasıdır. Bu sahədə isə daha çox problem turistlərin səs küyündən yaranır.Elə buna görə də tərəflər arasında müqavilə bağlamazdan öncə bu xəbərdarlıq əvvəlcədən bildirilir.
 
BAKU.WS