SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şəhid olan Akşin Abdullayevin Şəkinin Kiş kəndində keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani də çıxış edib. 

Milli.Az xəbər verir ki, polkovnik bildirib: "Dünən son şəhidi gecə saat 3-də Beyləqanda "Peyğəmbər" ziyarətgahından son mənzilə yola saldıq və hər bir şəhidin xatirəsinə ayrıca bir vidalaşma mərasimi düzənləndi.

Dünən mənimçün ən dəhşətli an o oldu ki, bir şəhid əsgərimizin nə atası var, nə qardaşı var, nə əmisi var, nə dayısı var. Soruşdum bəs onun qohumları? Onda beyləqanlılar, xocavəndlilər çıxdılar qabağa".
 
BAKU.WS