SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Erməni yalanlarını ifşa edən "Hye Reality” layihəsinin 3-cü cizgi filmi yayımlanıb.

BAKU.WS-in Azvizion.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, filmdə ermənilərin saxta tarix yaratmaq cəhdləri, Azərbaycanın mədəni sərvətlərini oğurlamaları, həmçinin digər fırıldaq və cinayətləri cizgi filmi satirası ilə göstərilir. 
 
Qeyd edək ki, "Hye Reality” layihəsi ermənilərin xüsusi olaraq Azərbaycan xalqını və əsgərini təhqir etmək üçün yaratdıqları "Kill Dim” adlı layihəyə cavabdır. 

Təqdim edilən videoda prezident Sarkisyanın müşayiəti ilə  "Ermənistan Tarix muzeyi”nə ekskursiyaya gətirilən məşhur aktyor Corc Klunuyə Santa-Klausun, İsa Məsihin, Adəm peyğəmbərin, kosmanavt Nil Armstonqun və s. insanların erməni olduğu barədə bir sıra absurd variantlar təqdim olunur.  Nəhayət Corc Klununin özünə də onun erməni olduğu bildirildikdən sonra aktyor müzeyi tərk edir. Filmin davamını isə bu videoda izləyə bilərsdsiniz: 

Arzu Mirzəyeva
BAKU.WS