SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avtobus sürücüsü həm siqaret çəkir, həm də eyni anda telefonla danışır. Halbuki bu iki davranışın hər ikisi ictimai nəqliyyatda qadağandır.

BAKU.WS bildirir ki, avtobus sürücüsünün bu hərəkəti avtobusda oturan sərnişinlərdən biri tərəfindən mobil telefonla lentə alınıb və "Xəzər Xəbər"-ə göndərilib.

Göndərilən məlumatda bu da qeyd olunub ki, hadisə 208 saylı marşrut avtobusunda baş verib.

Yəqin ki, həmin avtobusu işlədən sahibkar bu görüntülərdən sonra lazimi tədbirlər görəcək.

Çünki, həmin sürücü bir tərəfdən telefonla danışaraq diqqətini yayındıraraq sərnişinlərin həyatını təhlükəyə atır, ikincisi isə siqaret çəkərək avtobusda olan sərnişinlərin rahatlığına mane olur.
 
BAKU.WS