SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada tikinti şirkətində işləyən 174 azərbaycanlı saxlanılıb. 
 
BAKU.WS xəbər verir ki, buna səbəb kimi tikinti firmasının sahibinin biznesi ilə bağlı sənədlərdəki problemlər, soydaşlarımızın bəzilərinin işləməklə bağlı rəsmi icazə və vergi sənədlərinin qaydasında olmaması göstərilib. Onların hamsı idman zalına salınıb, yalnız su və çörəklə qidalanırlar. Əllərində avtomatlar olan polislər onlara nəzarət edir. Saxlanılanlardan Sumqayıt sakini Məmmədov Rüfət Rüstəm oğlunun Xeberoxu.com-a verdiyi məlumata görə, hadisə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası Dərbənd şəhərində baş verib.
 
Lakin iki gündür nə firmanın sahibi gəlib çıxır, nə də sənədi əksik olan Azərbaycanlıların cəriməsi müəyyən edilmir. Hətta onların arasında sənədləri qaydasında olanlar da buraxılmır. İki gecədir idman zalında saxlanılan 174 azərbaycanlı Azərbaycanın Rusiyadakı səfirliyindən prosesə müdxilə edilməsini gözləyir.
 
"174 nəfəri tutub saxlayan polis, şirkətin 1 nəfər rəhbərini tuta bilmirmi? Biz adam öldürməmişik axı. Sənədlərində problem olanlar var, onlara da cərimələrini yazsınlar, ödəsinlər də. Biz onlara bunu deyib tələb edəndə silahlarını tutub, qorxudurlar",- deyə Məmmədov Rüfət qeyd edib.
 
Aynur Ələkbərova
BAKU.WS