SİZİN REKLAM BURADA!
055 213 76 73


Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?

BAKU.WS xəbər verir ki, kardioloqların sözlərinə görə buna genetik faktorlarla yanaşı, viruslar və xəstəliklər də səbəb olur.

Bu barədə "Xəbərin olsun" verlişinə açıqlamasında kardioloq Emin Hacıbalayev deyib:

"Çox vaxt qəfil ölüm halları aritmiya nəticəsində olur. Qəfləti ritm pozğunluğu, həyati təhlükəli aritmiyalar aiddir. Huşun itməsi, ürəyin dayanmasına gətirib çıxarır. Əsas səbəbi isə daha əvvəl çox olan miokarditlər və trombozlarla bağlı olan Ağciyər tromboemboliyası ümumilikdə götürsək tromboz hallarıdır. O biri səbəbi isə miokarditlərdir. Bu ürək əzəzlələrinin iltihabı deməkdir. Xəstəlik və viruslardan sonra yaranır".

Ətraflı videoda:

BAKU.WS
VİDEO