SİZİN REKLAM BURADA!
055 213 76 73


“Hazırda terror hücumuna məruz qalan Azərbaycanın İrandakı səfirliyinin işinin bərpası istiqamətində danışıqlar gedir”.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, Azərbaycan səfirliyinə terror hücumu edən şəxsə məhkəmə hökm oxuduqdan sonra məsələ barədə fikir mübadiləsi aparılıb:

“Səfirliyin nə zaman fəaliyyətə başlayacağı hələlik bilinmir”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev - hücumun qarşısını alarkən yaralanıb.

Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Bu il fevralın 5-də Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb.

BAKU.WS
VİDEO