SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Milliyətçi Hərəkət Partiyasının lideri Devlet Bahçeli "Receb İvedik 5" filmindəki Azərbaycanla bağlı səhnədən danışıb.

BAKU.WS xəbər verir ki, partiya rəhbəri filmdə yayımlanan səhnəni tənqid edib. 

"Azərbaycanlı soydaşlarımız türkdür və türk millətinin əsl mənsublarıdır. Bir filmdəki boks səhnəsi bizim tarixi və mədəni əlaqələrimizi zədələməyəcək və buna heç bir millətin övladı icazə verməyəcək",-deyə Devlet Bahçeli filmdəki qalmaqallı səhnədən danışarkən bildirib.

"Ölkələrimiz fərqli ola bilər amma biz eyni millətin, ürəkləri bir döyünən övladlarıyıq. Bakıda mahnı, Anakarada oyun havasıyıq. Gəncə də dastan, Dumplupınarda zəfərik, Xocalıda gözyaşı Qarsda duayıq. Bir yanımız Bəxtiyar Vahabzadədirsə bir yanımız Mehmet Akif Ersoydur. Qubada səsələnən balaban, Xızıda dilə gələn tar, Erzurumda çalınan nağara, İstanbulda neyin əkizidir. Mustafa Kamal nə qədər türkdürsə Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də türkdür. Türkün iftixar siyahısının liderləridir".
 
Aynur Ələkbərova
BAKU.WS