SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər TV-də yayımlanan "Diqqətli Olun" verilişi növbəti maraqlı sosial eksperiment keçirib.
 
BAKU.WS xəbər verir ki, bu dəfə küçədə özünü kasıb, imkansız kimi təqdim edən şəxs insanlara pul paylayıb. Yoldan keçənlərə yaxınlaşan yoxsul görkəmli gənc özünü xoşbəxt hiss etmək üçün insanalara imkanı çatdığı qədər pul vermək istədiyini bildirib. Bəziləri onun verdiyi pulu qəbul etsə də çoxları həmin gəncə pul təklif edib. 
 
İnsanlara xeyirxahlığın gözəl əməl olduğu anladan gəncə kobud şəkildə cavab verənlərdə az olmayıb. Bəziləri onu bu əməlinə görə hətta qınayıb.
 
Sözgedən eksperimentdən maraqlı görüntüləri sizə təqdim edirik.
 
Aynur Ələkbərova
BAKU.WS