VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
29 dekabr tarixində Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş Çingiz Qurbanovun meyitinin qaytarılması üçün azərbaycanlı gənclər kampaniyaya başlayıb. 
 
BAKU.WS-in məlumatına görə, bir çox dildə dünya ictimaiyyətinə müraciət edən gənclər Ermənistan hakimiyyətindən əsgərimizin nəşinin qaytarılmasını tələb ediblər.   

Sözügedən video qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb. 
 
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşmüşdü. Düşmən tərəfi döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərmiş və şəhid olmuşdur. Düşmən 3 həftədən çox müddətdir ki, bütün beynəlxalq normaları pozaraq Azərbaycan ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovun cəsədini qaytarmaqdan imtina edir.
 
Şahin Həbibov
BAKU.WS