SİZİN REKLAM BURADA!
055 213 76 73


Son vaxtlar evlərdə, bəzən isə ofislərdə ətirli şamlardan istifadə edilir. Amma xoş ab-hava yaratmaq üçün yandırılan bu şamların insan orqanizminə mənfi təsir etdiyi bildirilir.

Bəs mütəxəssislər bu barədə nə düşünürlər?

Həkim Abbas Bağırov məsələ ilə bağlı bildirib ki, ətirli şamların uzun müddət istifadə olunması tənəffüs sistemində bir neçə xəstəliklərə yol açır:

“Əsasən bronxial astma yaradır, allergik proseslərin gedişatına təkan verir. Həmçinin ürək-qan damar sistemi, dəri xəstəliklərinin yaranmasına, hətta xərçəngə səbəb olur”.
Həkim həmçinin onu da qeyd edib ki, ətirli şamlar xüsusilə azyaşlılara mənfi təsir göstərir.

Belə ki, yandıqdan sonra onların içərisindəki aromatik birləşmələr hava qazları ilə kimyəvi reaksiyaya girir. Bu da uşaqların sonradan sağalmaz xəstəliklərə tutulmasına səbəb ola bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO