SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bizim ikimiz də başqa-başqa ölkələrdə tanınan insanlar idik. Hər birimizin karyerası var idi. Bu səbəbdən də evlənməzdən əvvəl masaya əyləşərək bir-birimizə öz öhdəliklərimizi və yaşayış tərzimizi danışmışdıq".

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib. O, 9 illik evliliyi boyunca həyat yoldaşı Doğuş bəyin hər dediyini yerində yetirdiyini bildirib.

Hidayətqızı lazım gələrsə Türkiyədə də yaşamağa razı olduğunu deyib:

"Mənim övladlarım var, onlar böyüyür, bir gün həyat yoldaşım "Biz Türkiyəyə köçək orda ailəmizlə yaşayaq" desə əlbətə gedəcəm. Niyə də olmasın. Bu günə qədər 9 ildə həyat yoldaşım mənə nə deyibsə mən onu etmişəm. Mənim üçün ailə dəyərləri şöhrətdən və karyeradan üstündür.

Ətraflı videoda:

BAKU.WS
VİDEO