SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva dəfn edilib. 

BAKU.WS xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Onlar arasında Türkiyədə keçirilən son prezident seçkisində ATA İttifaqından prezidentliyə namizəd olan Sinan Oğan da yer alıb.

O BAKU.WS-ə açıqlamasında Qənirə Paşayevanı 30 il əvvəl jurnalist kimi fəaliyyət göstərən vaxtlardan tanıdığını deyib.Sinan Oğan Paşayevanın türk dünyası üçün vacib şəxsiyyət olduğunu qeyd edib:

"Qənirə xanım 30 illik dostumdur. Türk dünyası üçün çalışan möhtəşəm insan idi. Bu gün onun türk dünyasının bir çox yerindən dostları iştirak edir.İnsan belə zamanda nə deyəcəyini bilmir. Biz onu çox gənc yaşda itirdik. Biz onu Qarabağın qurtuluşunun sevincini tam yaşamadan itirdik. Mən onu 30 il əvvəl gənc jurnalist kimi tanıdım. Ömrünü vətənə həsr etdi. Ermənilərə qarşı birlikdə mübarizə apardıq Türkiyədə bir çox konfranslarda iştirak etdik".

BAKU.WS həmin görüntüləri təqdim edir:

Müxbir: Tənzilə Əliyeva, Foto: Təranə İbrahimova
BAKU.WS
VİDEO