SİZİN REKLAM BURADA!
055 213 76 73


19 sentyabr tarixində Həsənovlar ailəsinə edilən zəngdə bildirilib ki, Həsənov Elşən Mehman oğlu şəhid olub. Bundan sonra onun ailəsi dəfninə hazırlaşır. Çadır qurulub, məzarı belə qazılır. Bir neçə saat isə məlum olur ki, o sağdır. Bu gün isə ailə oğlunun gəlişi üçün qurban kəsib.

BAKU.WS xəbər verir ki, bu barədə BAKU.TV-yə danışan Elşənin anası Kifayət Həsənova bildirib. O qeyd edib ki, əvvəl övladının ölüm xəbərinin eşidib daha sonra isə yalan olduğunu və oğlunun xəstəxanada olduğunu bildiriblər.

"Axşam saat 7-8 olardı. Getdik xəstəxanaya gördük ki sağdır. Amma yaralıdır. İndi vəziyyəti yaxşıdır".

Məlumat üçün bildirək ki, ötən gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində baş verən terror aktında öldüyü bildirilən polis əməkdaşı Həsənov Elşən Mehman oğlunun sağ olduğu müəyyənləşib. Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Ətraflı videoda:

BAKU.WS
VİDEO