SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq Bakıdan daha ucuz qiymətə xarici ölkələrə səfər etmək mümkündür.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, 10-a yaxın lou-koster sxemi ilə fəaliyyət göstərən aviadaşıyıcı Bakıdan birbaşa uçuşlar həyata keçirir.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, aşağı büdcəli aviadaşıyıcıların fəaliyyətinin genişlənməsi qiymətlərdə özünü göstərir.

Ekspertin sözlərinə görə, daimi daşıyıcılarla aşağı büdcəli daşıyıcıların xidmət səviyyəsi arasında fərq var. Sonuncularla səyahət zamanı baqaj, yemək və sudan istifadə ödənişlidir. Buna rəğmən xarici və yerli yerli turistlərin marağı böyükdür. Lou-kosterlərin sayının artmasının digər aviadaşıyıcıların biletlərinin qiymətinə təsir edəcəyi gözlənilmir.

Qeyd edilib ki, əvvəllər lou-kosterlər bir çox hallarda uçuşları təxirə salırdılar. Bu halda biletin ödənişi geri qaytarılırdı, yeni bilet almaq isə baha başa gəlirdi. Bu isə sərnişinlərə sərf etmirdi. Son zamanlar isə bu hal yaşanmır.

BAKU.WS
VİDEO