SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mən Ermənistanda qalan yəhudilərə çağırış edirəm: Başqa ölkədəki yəhudilərin fərqli fikirdə olmalarına görə sizi təhdid edən bir ölkədə qalmaq, sadəcə təhlükəlidir”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan Gürcü - Sefarad yəhudiləri dini icmasının sədri, ravvin Zamir İsayev sosial şəbəkə hesabından paylaşdığı videomüraciətində deyib.

“Mən başa düşürəm ki, erməni təbliğatının Holokost mövzusundan istifadə etməsindən hiddətlənən Avropa, İsrail və müsəlman ölkələrinin aparıcı ravvinlərinin fikirlərinə qarşı açıq çıxış etmək üçün sizə böyük təzyiqlər var.

Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə və 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın, sizə Azərbaycana köçməyə kömək edərəm. Hətta İsraildə də birbaşa bildirirlər ki, Azərbaycan yəhudilər üçün dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ermənistanda kiminsə öz nifrətini sizdən çıxmasına qədər gözləməyin”, - deyə o, bildirib.

BAKU.WS
VİDEO