SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 29-da Bakıdan Xankəndi istiqamətinə iki böyük yük maşını yola düşüb. Karvanda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməniəsilli sakinlərə göndərilmiş 40 ton un məmulatları var.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs olunur.

Bildirilir ki, nəqliyyat vasitələrinə qurumun əməkdaşlarının fəaliyyəti üçün nəzərdə tutulmuş müxtəlif ləvazimatlar və texniki vasitələr, o cümlədən çadırlar da yüklənib.

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan, təşkilatın adından bu addımın Xankəndində yaşayan ermənilər, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacağına ümidini ifadə edib və bir daha bəyan edib ki, bu cəmiyyət siyasi deyil, sırf humanitar təşkilatdır, lazım gələrsə, tezliklə yardım daha bir neçə dəfə göndərilə bilər”, - deyə məqalədə qeyd olunur.

Daha ətraflı videoda:

BAKU.WS
VİDEO