SİZİN REKLAM BURADA!
055 213 76 73


İkinci Qarabağ müharibəsindən üç ilə yaxın vaxt keçir. Bölgənin yenidən qurulması və bərpası davam edir. Erməni işğalından azad edilmiş rayonlarda mədəni irs nümunələri tək-tək həyata qaytarılır.

Bu barədə Türkiyənin “Haber Global” telekanalının Şuşadan hazırladığı reportajında məlumat verilir.

Bildirilir ki, Şuşada erməni işğalı zamanı dağılmış tikililər yenidən dirçəlir. 28 il işğal altında olan şəhərdə evlər, ictimai binalar uçmaq həddinə gəlib çatıb. Hazırda isə əsrlərlə yaşı olan tarixi-mədəni abidələrin dağıdıldığı şəhər ilkin formasına qaytarılır.

Reportajda Gövhər Ağa məscidində aparılan bərpa işləri, eləcə də bölgədəki yol infrastrukturunun yenidən qurulması da öz əksini tapır.
Videomaterialda Şuşanın təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əhəmiyyəti vurğulanır.

Daha ətraflı “Haber Global”ın süjetində:

BAKU.WS
VİDEO