SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən xoşbəxtlik nədir, bilmirəm. Bircə onu bilirəm ki, bugünkü həyatımın bir saniyəsini belə, dünənki acımı, bugünkü rahatlığımı təlaş dolu narahatalığımı dəbdəbəyə dəyişmərəm".

BAKU.WS xəbər verir ki, bu sözləri Flora Kərimova sosial şəbəkə hesabında paylaşdığı videoda qeyd edib. Daha sonra sənətçi fikirlərinə belə davam edib:

"Bu mənim ömrümdür, həyat yolumdur, qismətimdir. Bu qismət də mənim övladlarım, düşüncəm, taleyimdir. Mən bu həyatı yaşayıram. İnanıram ki, hər əvvəlin bir sonu olur. Təbii ki, mənim də düşüncələrimin də sonu olacaq. Mənim də arzularımın sonu olacaq. Ancaq bir şey var, mən iz qoyub getmək istəyirəm".

Sənətçi şəxsi insatqram hesabında yayımladığı görüntülərdə qızı Zümrüd Şəfiyeva də yer alıb.

BAKU.WS
VİDEO